Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr bin Həməd Əlbusaidi İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığında regiondakı son hadisələri müzakirə edib.
Oman Soltanlığının xarici işlər naziri bu çağırışda sionist rejimin regionda sabitliyi pozan hərəkətlərini pisləyərək təkid edib ki, regiona təhlükəsizliyin qaytarılmasının yeganə yolu sionist rejimin Qəzzada hərbi cinayətlərinin dayandırılmasıdır.
Ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahian da regionda baş verən son hadisələrlə bağlı Oman Sultanlığının güclü mövqelərinə təşəkkür edərək yüksək qiymətləndirib.
Sizin rəyiniz